Print This Post
 

Alternativ ekspertiza

Tibb elmləri doktoru, professor Vüqar Qurban oğlu Məmmədov

                        Hüquqşünas, məhkəmə-tibbi ekspert, «Məhkəmə
Təbabəti
» ixtisası 
üzrə professor

                        Dünya Tibbi Hüquq Assosiasiyasının vitse-prezidenti

                        Avropa Səhiyyə Hüququ Assosiasiyasının vitse-prezidenti

AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının Hüquq elmləri
üzrə Ekspert Şurasının üzvü (Tibbi hüquq və bioetika ixtisası)

                        YUNESKO-nun Bioetika Kafedrasının Azərbaycan bürosunun rəhbəri

YUNESKO və AR Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin Bioetika,
Elm və Texnologiyalar Milli Komitəsinin sədr müavini

Azərbaycan Tibb Universitetinin «Məhkəmə Təbabəti» kafedrasının professoru

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin «Kriminalistika və Məhkəmə Ekspertizası” 
     və “İnsan Hüquqları və İnformasiya Hüququ» kafedralarının professoru                   

 

Tibbi hüquq və məhkəmə təbabəti sahəsində konsaltinq və digər xidmətləri təklif edir:

 

Tibbi klinikalar, müəssisələr və əməkdaşlar

  • Müştərilər və tərafdaşalarla görüşlərin müşayət edilməsi,razılaşma və müqavilələrin hazırlanıb hüquqi rəsmişləşdirilməsi
  • Tibbi hüquq, milli səhiyyə qanunvericiliyi və tibb sahəsində etik davranışa aid məlumat materiallarının işlənib hazırlanması
  • Tibbi klinika və müəssisələrin əməkdaşları üçün bioetika, tibbi hüquq, milli səhiyyə qanunvericiliyi, hüquqi və etik davranış, pasiyent hüquqları, həkim hüquqları, tibbi fəaliyyətin hüquqi əsasları, səhiyyə sahəsində cinayətlər və hüquq pozuntuları, inzibati, mülki və cinayət məsuliyyəti barəsində treyninq-seminarların təşkil olunub keçirilməsi
  • Konflikt və problemli vəziyyətlərin həllində mediatorluq işləri və hüquqi dəstəyin göstərilməsi
  • Hüquqi proseslərdə, o cümlədən, hüquq-mühafizə orqanlarında və məhkəmələrdə milli qanunvericiliyə uyğun şəkildə təmsilçilik funksiyasının təşkili üzrə konsaltinq
  • Konflikt və problemli vəziyyətlərin qiymətləndirilib hüquqi mövqeyin formalaşdırılması, tələb olunan fakt və sənədlərin üzə çıxarılması, onların hüquqi qiymətləndirilməsi, rəsmiləşdirilməsi üzrə konsaltinq
  • Müəssisənin inkişaf və fəaliyyətinin genişlənməsinə aid tövsiyyələrin işlənib hazırlanması
  • Milli qanunvericiliyə uyğun şəkildəməhkəmə-tibbi ekspertizalar üzrə konsaltinq, AR CPM-nin 265.3 və 268.1.3 maddələrinə uyğun olaraqməhkəmə-tibbi ekspert komissiyasının tərkibinəmüvafiq ekspertlərin daxil olunması üzrə konsaltinq, məhkəmə-tibbi ekspertiza qarşısında sualların formalaşdırılması, AR CPM-nin 268.1.4 maddəsinə uyğun olaraq alternativ məhkəmə-tibbi və digər məhkəmə ekspertizaların təşkilində konsaltinq
  • Televiziya, KİV və mediya ilə işin təşkili üzrə konsaltinq
  • Azərbaycanda və xaricdə müxtəlif təlim kurslarının, elmi-praktiki tədbirlərin təşkili və konsaltinqi,tibb işçiləri üçün xarici səfərlərin təşkil olunması və təşkilati təminatı

 

Hüquq firmaları, vəkil, hakim və hüquqşünaslar

  • Tibb və səhiyyə ilə əlaqəli mülki və cinayət işlərin hüquqi işlənilməsi, mahiyyət üzrə iş üçün əhəməyyət kəsb edən və işin nəticələrinə təsir edə bilən məsləhətlərin verilməsi, tibbi sənədlərdə və göstərilmiş tibbi xidmətdə diqqətdən kənarda qalan vacib məqamların, qüsur və defektlərin fokusa salınması, məhkəmə təbabəti sahəsində mütəxəssis məsləhətlərinin və izahatlarının verilməsi
  • Tibb və səhiyyə ilə əlaqəli olmayan, lakin insan sağlamlığı və həyatı ilə bağlı istənilən mülki və yaxud cinayət işlərinin (adam öldürmə, bədən xəsarətləti, sağlamlıq vəziyyəti, sağlamlığa zərər və onun ödənilməsi, yol-nəqliyyat hadisələri ….) hüquqi işlənilməsi, mahiyyət üzrə iş üçün əhəməyyət kəsb edən və işin nəticələrinə təsir edə bilən məsləhətlərin verilməsi, diqqətdən kənarda qalan vacib məqamların fokusa salınması, məhkəmə təbabəti sahəsində mütəxəssis məsləhətlərinin və izahatlarının verilməsi
  • Milli qanunvericiliyə uyğun şəkildəməhkəmə-tibbi ekspertizalar və tibbi sənədlər üzrə konsaltinq, AR CPM-nin 265.3 və 268.1.3 maddələrinə uyğun olaraqməhkəmə-tibbi ekspert komissiyasının tərkibinəmüvafiq ekspertlərin daxil olunması üzrə konsaltinq, məhkəmə-tibbi ekspertiza qarşısında sualların formalaşdırılması, AR CPM-nin 268.1.4 maddəsinə uyğun olaraq alternativ məhkəmə-tibbi və digər məhkəmə ekspertizaların təşkilində konsaltinq
  • Hüquqi proseslərdə, o cümlədən, hüquq-mühafizə orqanlarında və məhkəmələrdə,milli qanunvericiliyə uyğun şəkildə məhkəmə təbabəti sahəsində mütəxəssis qismində iştirak edilməsi, xüsusi biliklərdən istifadə ilə həqiqətin açılmasına və ədalətin bərqərar olmasına dəstək verilməsi
  • Yuxarıda qeyd olunan işlərə aid problemli vəziyyətlərin mütəxəssis qiymətləndirilməsini aparıb hüquqi mövqeyin formalaşdırılmasında konsaltinq, bu mövqeyin gücləndirilməsi üçün tələb olunan tibbi sənədlərin və faktların müəyyənləşdirilməsi
  • Milli qanunvericiliyə uyğun şəkildə mülki və cinayət işləri üzrə istintaqın və məhkəmənin razılığı ilə xaricdə ən müasir texnologiyalara əsaslandırılmış məhkəmə-tibbi və məhkəmə ekspertizaların təşkilində konsaltinq, o cümlədən, AR CPM-nin 268.1.4 maddəsinə uyğun olaraq sübhəli və yaxud təqsirləndirilən şəxsin təşəbbüsü və öz hesabına alternativ ekspertizanın aparılmasında konsaltinq

 

Pasiyent və vətəndaşlar

  • Tibb və səhiyyə ilə bağlı istənilən məsələdə konsaltinq və məsləhət işləri
  • Tibbi hüquq və səhiyyə qanunvericiliyi ilə bağlı istənilən məsələdə konsaltinq və məsləhət işləri
  • Tibb müəssisələrində göstərilən tibbi xidmət zamanı müəssisə və yaxud onun əməkdaşının günahı nəticəsində həyat və sağlamlığa dəyən zərərin ödənilməsi işlərində konsaltinq və hüquqi dəstəyin təşkil olunması
  • Tibb və səhiyyə müəssisəsi, klinikası və yaxud əməkdaşı ilə konflikt və problemli vəziyyətlərin həllində mediatorluq və hüquqi dəstəyin təşkil olunması
  • Mürəkkəb tibbi vəziyyətlər zamanı pasiyent və yaxud onun ailəsi üçün kompetent ikinci fikrin əldə olunması, nüfuzlu konsiliumun təşkil olunması
  • İstənilən xarici ölkədə istənilən klinika və tibb müəssislələrində tibbi məsləhətin alınması, diaqnostika və müalicə işlərinin təşkil olunması, onların səfər zamanı müşayət olunması
  • Pasiyent hüquqlarının qorunmasında hüquqi dəstəyin göstərilməsi, pasiyent adına olan tibbi sənədlərin tibb müəssisələrindən alınıb öyrənilməsi, onların mütəxəssis qiymətləndirilməsi
  • Hüquqi proseslərdə, o cümlədən, hüquq-mühafizə orqanlarında və məhkəmələrdə milli qanunvericiliyə uyğun şəkildə pasiyent adından təmsilçilik funksiyasının yerinə yetirilməsi üzrə konsaltinq
  • Milli qanunvericiliyə uyğun şəkildə məhkəmə-tibbi ekspert komissiyasında pasiyentin maraqlarının müdafiəsinin təmini üzrə konsaltinq, məhkəmə-tibbi ekspert komissiyası qarşısında sualların formalaşdırılması, məhkəmənin razılığı ilə pasiyentin təşəbbüsü və öz hesabına xaricdə ən müasir texnologiyalara əsaslandırılmış məhkəmə-tibbi və digər məhkəmə ekspertizaların təşkilində konsaltinq
  • Psixoloji sarsıntı, depressiya keçirən insanlara psixoloji dəstəyin göstərilməsi

 

Şirkətlər

  • Simpozium, konfrans, görüşlərin təşkili və keçirilməsi
  • Marketinq işlərinin, bazarın öyrənilməsi, sorğuların keçirilməsi, fikirlərin alınması işinin təşkili
  • Əməkdaşlar üçün istənilən mövzuda treyninq-seminarların təşkili və keçirilməsi
  • Çıxış və məruzələrin mətninin və slaydlarının hazırlanması
  • Promosiya materiallarının hazırlanması, hazır olan materialların ekspertizası və xarici dillərdən tərcüməsi
  • Aparıcı mütəxəssislər və vacib qonaqlar ilə görüşlərin, tanışlıq səfərlərinin təşkili
  • Nümayəndə heyətlərin qarşılanması, səfər proqramlarının hazırlanması və görüşlərin təşkili
  • Istənilən xarici ölkədə əməkdaşlar və qonaqlar üçün motivasion turların və tədbirlərin təşkili
  • Televiziya, KİV və mediya ilə işin təşkili üzrə konsaltinq

 

 

Leave a Reply