Print This Post
 

«Hüquqi Elmlər və Təhsil» jurnalının müəlliflərinə

Hörmətli müəlliflər!

Crossref administrasiyası tərəfindən xidmətlərin göstərilməsinə görə illik 275 ABŞ dolları (467,5 manat) və hər doi nömrəsi üçün əlavə 1,15 dollar (1,955 manat) məbləğində ödəniş müəyyən olunub.

Qeyd olunanlarla əlaqədar, mətbəə və redaksiya xidmətləri qiymətlərinin artmasını nəzərə alaraq, məqalələrinə DOİ verilməsini istəyən müəlliflər üçün jurnalın hər çap nüsxəsi üçün 45 manat haqq müəyyən edilir. DOİ almaq istəməyən müəlliflər üçün jurnalın qiyməti dəyişməz olaraq qalır.

Crossref haqqında ümumi məlumat

Crossref elmi kommunikasiyalar üçün dünya miqyasında yüksək texnologiyalı infrastrukturu inkişaf etdirmək və dəstəkləmək məqsədilə yaradılmış akademik nəşrlərin (jurnallar, monoqrafiyalar, konfrans materialları və s.) naşirləri icmasıdır.

Crossref-in əsas vəzifəsi elmi tədqiqatların sürətləndirilməsi və asanlaşdırması üçün innovativ texnologiyalarından geniş istifadəsinə kömək etməkdir.

Crossref-in xüsusi diqqəti elmi nəşrlərin qarşılıqlı sitat gətirilmə üçün elektron infrastrukturun inkişafı məsələlərinə yönəlib. Crossref assosiyasiyası, naşirlərin elektron platformaları arasında xüsusi şlüz (keçid) kimi fəaliyyət göstərən ümumdünya birgə qarşılıqlı sitat gətirilmə xidmətini dəstəkləyir. Bu xidmət elmi nəşrlərin tam mətnini saxlamır, lakin Rəqəmsal Obyekt İdentifikatoru (Crossref DOİ) texnologiyasından istifadə edərək nəşrlər haqqında məlumatları və dərc edilmiş elmi materialların metaməlumatlarını saxlayır.

Müəlliflərdən “Hüquqi elmlər və təhsil” jurnalının redaksiyasına məqalələrini göndərərkən DOİ almaq istədikləri barədə əvvəlcədən məlumat verilməsi xahiş olunur.

Redaksiya heyəti

 

 

Leave a Reply