Ə. İskəndərlinin şikayəti
Azərbaycan Respublikasının Prezidenti cənab İ.H. Əliyevə
Azərbaycan Respublikasının I Vitse-prezidenti
xanım M.A. Əliyevaya
Milli Məclisin sədri xanım S. Qafarovaya
Prezident Administarsiyasının rəhbəri cənab S.Nuriyevə
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri cənab F.Abdullayevə
Azərbaycan Respublikasi Baş Prokuroru cənab K. Əliyevə
Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Ə.Nağıyevə
Milli Məclisin deputatlarına
Azərbaycan Respublikasının Ombudsmanı xanım S. Əliyevaya
Bakı şəh., Qara Qarayev pr-ti, 105, mən. 48-də yaşayan İsgəndərli Əmanə Fizuli qızı tərəfindən
Hörmətli cənab Prezident!
Hörmətli xanım I Vitse-prezident!
Hörmətli xanımlar və cənablar!
Mənim ərizələrim Sizə çatmırsa, deməli Azərbaycanda korrupsiyaya qurşanmış cinayətkar sistem fəaliyyət göstərir, ədalət və qanunçuluq barədə sözlər caamatı aldatmaq üçün yalançı şuarlardır.
Bütün normal ədalətli ölkələrdə mübahisəsiz subutlara söykənən ərizəm dərhal yoxlanilaraq qanuna uyğun qərarlar qəbul edilərdi. Azərbaycan da isə zəncirvari əlbirlik olduğundan hamısı bir-birinin cinayətlərini ört-basdır edirlər. Onları öz ailələrinin firavanlığından, pul və vəzifə kreslolarından savayı heç kim və heç nə maraqlandırmır. Tezliklə, Azərbaycandan heç nə qalmayacaq.
Mən, sizə tukürpədici faktlar, pul ücbatından rüşvət verilməsi yolu ilə açıq-aşkar günahsız Xalidə İsgəndərovanın məhkum edilməsi barədə məlumat verdim.
Mən prokurorluq orqanlarına prokurorluq işçiləri və hakimlər tərəfindən törədilmiş ağır cinayətlər barədə ərizə göndərdim. Qanuna əsasən bu ərizəyə mütləq şəkildə baxılmalıdır.
Sizlərdən mənim sözlərimə inanmağı xahiş etməmişdim, sadəcə ərizəmin obyektivliyinin yoxlanılmasını və qanuni qərar qəbul edilməsini xahiş etmişdim.
Lakin ərizəmin yoxlanılması əvəzinə bütün instansiya məhkəmələri və prokurorluq orqanları mənim məlumatlarımın yoxlanılmasını qəsdən uzadır, bu işi ört-basdır edir, bir-birilərini ələ vermir, ailə üzvlərimə və anamın vəkillərinə qarşı terror kampaniyası təşkil edirlər.
Ali Məhkəmənin üzvü müstəntiq Müşfiq Abbasovun dayısıdır, bütün rüşvət verilmələrini o, təşkil edib, ona görə də həqiqətin ortaya çıxmasına mane olur, Ədliyyə nazirliyi və Ali Məhkəmənin rəhbərliyi onlarla əlbir olanları ələ vermirlərlər
Qərarları həyasızcasına pozmuş digər məhkəmələr barədə şikayət ərizələrimə Konstutisiya Məhkəməsi də cavab vermir, susur və ərizənin baxılmasını bilərəkdən yubadır.
Fuad Ələsgərov və Fikrət Məmmədov da hansı ki, onların göstərişlərini yerinə yetirən tanışları və onlara tabe olan hakimlər, prokurorluq işçilərinin tərəflərini saxlayırlar, hansı ki, onlar da bir-birinin qohumları ilə bir yerdə işləyirlər.
Barəsində məlumat verdiyim faktlar açıq-aşkardır, onlarla sübutlarla, rüşvətin alınması ilə bağlı məhkəmə sənədləri ilə təsdiq olunur. Dediklərim sadə insanlara aid olsaydı onları çoxdan həbs etmişdilər.
Hər gün televizorda və KİV-də ədalətdən, demokratiyadan, hüquqi dövlətdən danışırlar, lakin işə gələndə, korrupsiya və özbaşınalığı ört-basdır edirlər, qanunlara, göstərişlərə həyasızcasına əhəmiyyət vermir, korrupsiya və özlərini göstərməklə məşğuldurlar.
Mən hesab edirəm ki, cinayət törədənlər və onların cinayətlərini bu yolla ört basdır edənlər dövlətimizə zərbə vururlar, xalq arasında Azərbaycan rəhbərliyinin siyasətinə qarşı süni şəkildə narazılıq yaradırlar, qəsdən onları biabır edirlər.
Ərizəmin nəzarətə götürülərək onun obyektivliyinin yoxlanılmasını və qanuni qərar qəbul edilməsini tapşırmağınızı növbəti dəfə Sizdən xahiş edirəm.
Belə bir sistemdə mənim yerimdə siz və sizə əziz olan insanlar ola bilərlər. Anamın işi üzrə qanuni qarar qəbul edilməyənə kimi və ya məni bu işə görə öldürməyənə kimi sakit durmayacam.
Qoşma: törədilmiş cinayətlər barədə ərizə
Hörmətlə
Əmanə İskəndərli
02 iyun 2020-ci il