Print This Post
 

K. Tağıyevanın şikayəti

Azərbaycan Respublikasının Prezidenti cənab İ. Əliyevə

Azərbaycan Respublikasının birinci Vitse-Prezidenti xanım M. Əliyevaya

Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri cənab R. Mehdiyevə

Prezident Administrasiyasının şöbə müdiri cənab F. Ələsgərova

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi cənab M. Quliyevə

Azərbaycan Respublikasının Baş Prokuroru cənab Z. Qaralova

Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab R.İ. Usubova

Milli Məclisin deputatlarına

Bakı şəhəri, Aşıq Alı küçəsi, 7/19, m. 85-də yaşayan

       Tağıyeva Kəmalə Şaban qızı tərəfindən

 

ŞIKAYƏT

 

Hörmətli cənab Prezident! Hörmətli Mehriban xanım!

Hörmətli cənablar!

 

Mən Sizə onlarla məktub yazdım, lakin onlara heç kim reaksiya vermir.

Azərbaycanda Akif Çovdarovun əməkdaşı Toğrul Tağıyevin, Respublika prokurorluğunda və DİN BMCMİ-dəki himayədarları vasitəsilə törətdiyi özbaşınalığa son qoyulmasını və məsələyə təcili müdaxilə olunmasını xahiş edirəm.

Həyat yoldaşım Mahmud Tağıyevə olan borcunu qaytarmamaqdan ötrü Toğrul Tağıyev himayədarlarının köməkliyi ilə həyat yoldaşıma qarşı saxta iş qurmuş və onu həbs etdirmişdir (iş BMCMİ-nin müstəntiqi F. Babazadədədir).

Toğrul Tağıyevin sözlərindən mənə məlumdur ki, onun prokurorluqdaki dostları Kamal Qılıcov və Tahir İsmayılov, həmişə olduğu kimi, o, nə istəsə edəcəklər.

Məmin həyat yoldaşımda Toğrul Tağıyevin maxinasiyaları barədə onlarla faktlar var, lakin onları açılmasın deyə onu türmədə öldürmək istəyirlər.

Təcili münasibət bildirməyinizi xahis edirəm.

Hörmətlə

 

Kəmalə Tağıyeva

 

 17 yanvar 2019-cu il

Leave a Reply